Madridin "Real" klubunun hücumçusu Qaret Beyl futbol üzrə İspaniya Primerosunun III turunda "Vilyarreal" ilə səfər matçında dublunu (2:2) rəsmiləşdirib. 30 yaşlı valliyalı üçün bu qollar "qaymaqlar"ın heyətində 103 və 104-cü olub. Forvard bu göstəriciyə görə məşhur braziliyalı Ronaldoya çatıb və indi klubun legionerlər arasında ən yaxşı bombardirləri siyahısında 7-ci yeri bölüşür. "Real" tarixində ən yaxşı legioner bombardirlər 1. Kriştianu Ronaldu — 450 qol 2. Alfredo Di Stefano — 308 3. Ferents Puşkaş — 241 4. Kərim Benzema — 224 5. Uqo Sançes — 208 6. Qonsalo İquain — 121 7. Ronaldo, Qaret Beyl — 104. Beyl 2013-cü ildən "Real"ın şərəfini qoruyur. Onun komanda ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub.